Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək
İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turniri keçiriləcək.

Turnirdə Azərbaycan, Pakistan, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.

Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

Xəbər 830 dəfə oxundu.