Beynəlxalq veloturun 3-cü mərhələsini Rusiya idmançı qazandı
Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq veloturun 3-cü mərhələsində qalib adını Dimitri Vernidub qazanıb. İdman.com.az saytının məlumatına görə, rusiyalı velosipedçi məsafəni 4 saat, 51 dəqiqə sürdü. 2-ci yeri əlcəzairli Yusif Regigi tutdu. Dünya Velosipedçilər Mərkəzini təmsil edən idmançı qalibdən 1 mert geri qaldı. O, ilk 3 mərhələnin yekununda liderliyini davam etdirməklə, həmçini ara məsafələrdə ən çox xal toplamaqla göy köynəyə sahib çıxdı. 3-cü pilləni ukraynalı Maksim Vasilyev tutdu.

Bundan öncəki mərhələdə mərhələnin qalibi Dieqo Hernandes bu dəfə 4-cü oldu. Dağ yürüşündə ən çox xal yığan qazaxıstanlı Bəxtiyar Qozatayev qırmızı göynəyə sahib çıxdı.
Azərbaycan komandasından ən yaxşı nəticəni Tural İsgəndərov göstərdi. O, finişə qalibdən 53 saniyə gec çatdı. Gənc idmançıya «Odlar yurdu» göynəyi verildi.

Xatırladaq ki, yürüşçülər saat 11:20-də Qəbələdən yola çıxdılar. Adı çəkilən mərhələdə velosipedçilər Şəki – Oğuz istiqamətində yüksəklikləri dəf edərək, yenidən Qəbələyə qayıtdılar. Bu marşrutun uzunluğu 160 km idi. Ölkəmizdə ilk dəfə keçirilən peşəkar veloturun adı çəkilər raundunda 90 idmançı iştirak edib. Qaydaya əsasən, mərhələlərdə finişə çatmayan velosipedçi rəqabətdən xaric olunur.

Kamran Hacı, Qəbələ

Xəbər 1486 dəfə oxundu.