Rövnəq Abdullayev: « Foqts Azərbaycan yığmasına nizam-intizam gətirdi»
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun işinə qiymət verib. İdman.com.az saytının məlumatına görə, assosiasiya başçısı 66 yaşlı almaniyalı mütəxəssisin yığmamıza gətirdiyi yaxşı xüsusiyyətlərdən danışıb.

FİFA-nın rəsmi saytında Azərbaycan futbolçu ilə bağlı gedən yazıdan Abdullayevin ötən ilin sonunda müqaviləsi daha 2 illiyə uzadılan Foqtsla bağlı qısa fikirləri yer alıb: «Berti Foqts Azərbaycan yığmasına nizam-intizam gətirdi. Mən fikirləşirəm ki, o, milli komandamızda tamamilə yeni atmosfer yarada bildi».

Qeyd edək ki, Abdullayev 2008-ci ilin martında AFFA prezidenti seçildikdən sonra 1 ay sonra Foqts millimizin sükanı arxasına gətirildi. Yığmamız dünya və Avropa çempionunun rəhbərliyi ilə 2 seçmə mərhələdə normal nəticə göstərdi. Birincidə 5 xal yığan «ay-ulduzlular»ımız, ardından 7 xalla yeni rekord müəyyənləşdirdi.

Xəbər 953 dəfə oxundu.