“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov yarımfinalda Uesli So ilə mübarizə aparacaq
Riqada FIDE-nin və "World Chess" şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində iyulun 18-də yarımfinal oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli So ilə qarşılaşacaq.

Birinci mərhələdə - səkkizdəbir finalda şahmatçımız rusiyalı Daniel Dubovu, dörddəbir finalda isə polşalı Kriştov Dudanı məğlub edib.

Qran-Pri pley-off sistemi üzrə keçirilir. Qarşılaşmalarda qalib gələn şahmatçılar növbəti mərhələyə vəsiqə qazanır, uduzanlar isə yarışı tərk edirlər. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər 765 dəfə oxundu.