“Böyük Dəbilqə” 5 cüdoçu ilə
Mayın 26-27-də Moskvada cüdoçular arasında “Böyük Dəbilqə” beynəlxalq tunrini veçiriləcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Artıq heyət də açıqlanıb.
Baş məşqçi Ağayar Axundzadə bu mötəbər turnirdə 5 idmançıya etimad göstərib. Bunlar İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli, Ramil Qurbanov (hər ikisi - 90 kq), Elxan Məmmədov və Elmar Qasımovdur (100 kq).

Qeyd edək ki, Elnurla Elxan London olimpiadasına kimi öz çəkilərində - müvafiq olaraq, 81 kq və 90 kq-da deyil, yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Xəbər 1565 dəfə oxundu.