“Sumqayıt” futbol klubu yeni mövsümə hazırlığın birinci mərhələsini başa çatdırıb
Yeni mövsüm üçün çalışmaları davam etdirən “Sumqayıt” futbol klubu iyulun 16-da hazırlığın birinci mərhələsini yekunlaşdırıb.

Ayxan Abbasovun yetirmələri sonuncu günün ilk məşqini səhər saatlarında keçiriblər. “Kapital Bank Arena”nın fitnes zalında start götürən hazırlıq prosesi daha sonra meydançada davam etdirilib.

Xəbər 1333 dəfə oxundu.