XXX Universiadada və Avropa çempionatında uğurla çıxış edən Nazim Babayev Vətənə qayıdıb
Neapolda keçirilən XXX Ümumdünya Yay Universiadasında qızıl, yeniyetmələr arasında keçirilən Avropa çempionatında isə gümüş medal qazanan atletimiz Nazim Babayev və məşqçisi Ziyad Xəlfəliyev iyulun 16-da Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda atletimizi Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, baş məşqçi Bəhruz Salehli, icraçı direktor Kamal Əhmədov, hakimlər kollegiyasının sədri Şirin Vəliyev və digər şəxslər qarşılayıblar.

Xatırladaq ki, N.Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qızıl medal qazanıb. İyulun 14-də isə təmsilçimiz Avropa çempionatının üç təkanla tullanma yarışında 17,03 metrlik nəticə ilə gümüş medala sahib olub.

Xəbər 1143 dəfə oxundu.