Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb
Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında beşinci tura yekun vurulub.

A qrupunda İsmayıl Qurbanov və Səbinə Rzalı, B qrupunda isə Yunis Mahmudzadə və Muhamməd Həşimli bütün turlarda qələbə qazanaraq liderlər qrupunda yer alıblar.

Olimpiada İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Turnirdə respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparır.

Xəbər 762 dəfə oxundu.