«Real» Runi üçün 70 milyon hazırlayır
Madrid «Real»ı yeni mövsümdə La Liqa uğurlarını təkrarlamaq, Çempionlar Liqasında isə daha uğurlu çıxış etmək üçün yeni böyük transferlərə hazırlaşır. İdman.com.az saytı xəbər verir ki, komandanın qarşıdakı yay transfer dövründə ən əsas məqsədi «Mançester Yunayted»in və İngiltərə yığmasının forvardı Ueyn Runini sıralarına qatmaqdır. «Kral klubu» 26 yaşlı futbolçunun alınması üçün 70 milyon avro hazırlayıb. Üstəlik bu məbləğin bir hissəsini madridlilər Qonsalo İquainin satışından əldə etmək istəyirlər.

Xəbər 1128 dəfə oxundu.