Dünya çempionatına yollanacaq çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
İyulun 17-dən 28-dək Moskvada keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq millinin heyətinə Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev və Rafiq Kərimov dəvət alıblar.


Xəbər 778 dəfə oxundu.