Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
Serbiyanın Kralyevo şəhərində keçirilən atletika üzrə yeniyetmələr arasında Balkan çempionatına yekun vurulub.

İdmançılarımızdan Sabrina Zralova üç təkanla tullanma yarışında 12,59 metr nəticə ilə gümüş medal qazanıb.

Digər idmançılarımız Çingiz İsrafilov, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə və Teymur Salahzadənin çıxışları uğursuz olub.

Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi ilə qüvvələrini sınayıblar.

Xəbər 966 dəfə oxundu.