Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər
Azərbaycanın gənc sərbəst güləşçiləri Yaponiyada təlim-məşq toplanışını davam etdirirlər.

İyulun 7-dən gündoğar ölkədə olan millimiz bu ayın 17-dək yerli komanda ilə birgə hazırlıq prosesini davam etdirəcək. Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi ilə Komatsu şəhərində keçən toplanışda yığmamızın üzvləri fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində də işləyirlər.

Komandamız Komatsuda yüksək qonaqpərvərliklə qarşılanıb. İlk gündən böyük diqqət göstərilən güləşçilərimizin şərəfinə şəhər merinin təşəbbüsü ilə ziyafət təşkil edilib.

AZƏRTAC

Xəbər 1277 dəfə oxundu.