XXX Ümumdünya Yay Universiadasında bədii gimnastımız gümüş medal qazanıb
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.

Gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən, Zöhrə 75,425 xal toplayıb və bununla da 32 idmançı arasında ikinci yerdə qərarlaşıb.

Gimnastımız, həmçinin mümkün 4 finalın hər birində növbəti finala vəsiqəni təmin edib.

Rusiyalı gimnast Yekaterina Seleznyova 83,600 xalla qızıl, ABŞ təmsilçisi Laura Yihan Zenq 72,600 xalla bürünc medala layiq görülüblər.

Xəbər 996 dəfə oxundu.