Azərbaycan taekvondoçusu Ümumdünya Yay Universiadasında bürünc medala sahib olub
İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub.

53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Növbəti koreyalı rəqibi isə keçilməz olub. İdmançımız rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Beləliklə, komandamız universiadanı bir bürünc medalla başa vurub.

Xəbər 70 dəfə oxundu.