Teymur Rəcəbov Almaniyada beynəlxalq turnirdə mübarizə aparacaq
İyulun 13-də Almaniyanın Dortmund şəhərində “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri start götürəcək.

Turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edəcək. Ondan başqa, Yan Nepomnyaşi (Rusiya), Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa), Riçard Rapport (Macarıstan), Liviu Dieter Nisipeanu, Daniel Fridman (hər ikisi Almaniya), Kaydo Kyulaots (Estoniya) da turnirdə mübarizə aparacaqlar.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Xəbər 805 dəfə oxundu.