Azərbaycanın stolüstü tennisçiləri gənclərin Avropa çempionatının yarımfinalına yüksəliblər
İyulun 7-də Çexiyanın Ostrava şəhərində start götürən stolüstü tennis üzrə gənclərin Avropa çempionatında Azərbaycanın stolüstü tennisçiləri yarımfinala yüksəliblər.

Ölkəmizi təmsil edən oğlanlardan ibarət yığmamız A qrupunda bütün rəqiblərinə qalib gələrək qrupun qalibi olub.

Yarımfinalda komandamızın rəqibi Belçika yığması olacaq. Turnirə iyulun 16-da yekun vurulacaq.

AZƏRTAC

Xəbər 1134 dəfə oxundu.