“Tokio 2020”: voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib
Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı dəqiqləşib.

Matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Avqustun 1-də “D” qrupu üzrə keçirilən oyunlarda Braziliya Kamerun (21:15), Dominikan Respublikası Azərbaycanla (23:45) mübarizə aparacaq.

Avqustun 2-də Braziliya Azərbaycan (21:15), Kamerun Dominikan Respublikası (23:45) ilə gücünü sınayacaq. Avqustun 3-də isə Braziliya Dominikan Respublikası (17:00) ilə, Azərbaycan Kamerunla (19:00) mübarizə aparacaq.

Xəbər 137 dəfə oxundu.