Bakıda “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək
Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.

Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.

“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.

Xəbər 727 dəfə oxundu.