Azərbaycan şahmatçısı “Paraçin 2019” turnirində liderliyini davam etdirir
Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Paraçin 2019” Open A turnirində liderliyini davam etdirir.

Altı turun nəticəsinə görə 5,5 xal toplayan təmsilçimiz Nail Bəşirli turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli 4,5, Vüqar Əsədli 4, Mustafa Məmmədov isə 3,5 xal toplayıblar.

Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 769 dəfə oxundu.