Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

“Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Xəbər 79 dəfə oxundu.