Serjinyo: «Qanso «Milan»ın transfer məqsədidir»
«Milan»ın məsləhətçisi Serinyo klubun braziliyalı istedad Qansoya marağından danışıb: «Qanso «Milan»ın yay transfer dövrünə əsas məqsədlərindən biri olacaq. Biz bu futbolçunun oyununu izləməkdə davam edirik. Hələlik heç bir konkret təklif etməmişik.

Lakin «Milan» Qansonu nəzərdən qaçırmır. Qanso əla texnikaya malikdir. Bu oğlan yaxşı fiziki formada olanda çox şeyə qadirdir. Məhz belə futbolçular, bir qayda olaraq, nəhəng klubların diqqətini özünə cəlb edir».

İdman.com.az saytının məlumatına görə, 22 yaşlı pleymeyker hazırda müqaviləsinə əsasən 2015-ci ilin fevralınadək «Santos»la bağlıdır.

Xəbər 1167 dəfə oxundu.