Şahmatçılarımız beynəlxalq festivalda mübarizəni davam etdirirlər
İyulun 10-da Batumidə şahmat üzrə beynəlxalq festivalın sonuncu turunun oyunları keçiriləcək.

Turnirdə iştirak edən Azərbaycan şahmatçıları Rəvan Əliyev, Kənan Qarayev və Altay Eynullayev 8 turdan 4,5 xal toplayıblar. R.Əliyev turnir cədvəlinin 8-ci, K.Qarayev 11-ci, A.Eynullayev isə 13-cü pillələrdə qərarlaşıblar.

Komandamızın digər üzvləri Xəzər Babazadə, Atilla Eynullayev, Fərid Mustafayev 4, Elmar Atakişiyev 3, Ləman Hacıyeva 2,5 xal toplayıblar.

Xəbər 786 dəfə oxundu.