Atletika üzrə Avropa çempionu Nazim Babayev universiadada finala yüksəlib
XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayıb.

Yarışlarda atletikanın üç təkanla tullanma növündə Avropa çempionu olan Nazim Babayev təsnifat mərhələsində 16.36 metr nəticə məsafə göstərərək finala yüksəlib. Avropa çempionumuz iyulun 10-da finalda mübarizə aparacaq.

Digər idmançımız IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə çıxış edib. O, təsnifat mərhələsində 11 saniyə nəticə ilə dördüncü olaraq mübarizəni dayandırıb.

Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyev rəhbərliyi ilə qatılıblar.

AZƏRTAC

Xəbər 840 dəfə oxundu.