Di Matteo peşman deyil
Roberto Di Matteo «Çelsi»nin Premyer Liqada «Liverpul»a qarşı oyununda heyətə elə həmin komanda ilə bir neçə gün öncəki ölkə kuboku finalı ilə müqayisədə 8 dəyişiklik etdi. İdman.com.az saytının məlumatına görə, nəticədə də, «zadəganlar» böyük hesablı məğlubiyyət aldı. Baş məşqçi bu matçı Çempionlar Liqası finalına qurban vermiş oldu.

«Liverpul»la kubok oyununda oynayanlardan yalnız Con Terri, Branislav İvanoviç və Ramires çempionat matçında əsas heyətdə yer almışdılar. Bu üçlüyün də meydana çıxmasına səbəb onların Çempionlar Liqası finalında Di Matteoya lazım olmayacağıdı. Belə ki, hər üç futbolçu qitə yarışında cəzalı olduqlarından finala çıxa bilməyəcək.

Məğlubiyyət baxmayaraq, Di Matteo heyətlə bağlı qərarını səhv saymır: «Biz komandadakı bütün oyunçuların enerjisindən istifadə etmişik və indiyədək 4-cü yer uğrunda mübarizə aparmaq və iki finalda oynamaq üçün bu, yeganə üsul idi. Mən heç nəyə görə peşman deyiləm. Səfərdə «Liverpul»la oynamaq həmişə çətin olub. Bu dəfə də bizə qarşı ruh yüksəkliyi olan bir komanda çıxmışdı».

Xəbər 1134 dəfə oxundu.