On altı yaşadək idmançılar arasında Respublika Şahmat Olimpiadası keçiriləcək
İyulun 12-də Qax Olimpiya İdman Kompleksində Respublika Şahmat Olimpiadası start götürəcək.

Yarışda 16 yaşadək şahmatçılar mübarizə aparacaqlar. İyulun 21-dək davam edəcək turnirdə 500-ə yaxın şahmatçı iştirak edəcək.

Respublika Şahmat Olimpiadasının baş hakimi Qüdrət İsmayılov olacaq.

Xəbər 717 dəfə oxundu.