Riqada şahmat turniri keçiriləcək
İyulun 11-dən 25-dək Riqadakı Latviya Milli Kitabxanasında şahmat üzrə FIDE Qran-Prisi keçiriləcək.

Turnirdə reytinqinə görə ikinci olan Azərbaycan idmançısı Şəhriyar Məmmədyarov (2781) da iştirak edəcək. O, reytinqinə görə turnirdə yalnız Hollandiya təmsilçisi Aniş Giridən (2787) geri qalır.

Bundan başqa, turnirdə dünyanın müxtəlif ölkələrindən yüksək əmsala sahib fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Aleksandr Qrişuk və Sergey Karyakin, ermənistanlı Levon Aronyan, amerikalı Hikaru Nakamura, bolqarıstanlı Veselin Topalov da var.

Turnirin ən yaxşı iki şahmatçısı dünya çempionu adı uğrunda iddiaçılar turnirində iştirak hüququ qazanacaq.

AZƏRTAC

Xəbər 758 dəfə oxundu.