Bədii gimnastlarımız Varnada beynəlxalq turnirdə beş medal qazanıblar
Bolqarıstanın Varna şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Y.Luzan çoxnövçülük xallarına əsasən bürünc medal qazanıb. O, ayrı-ayrı alətlər üzrə finallarda isə top və lentlə çıxışlarına görə qızıl, gürzlərlə kompozisiyada isə bürünc medallara sahib olub.

F.Əkbərova isə lent ilə hərəkətlərdə bürünc medala layiq görülüb.

Xəbər 816 dəfə oxundu.