“Səbail” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
Bakının “Səbail” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində qarşılaşacağı Rumıniyanın “Universitatya” komandası ilə oyun üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.

Siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 3 hücumçu daxil edilib. “Səbail”in sifariş ərizəsində qapıçılardan Fərhad Vəliyev, Elxan Əhmədov və Daniel Bojinovskinin adları salınıb. Müdafiəçilərdən Eltun Yaqublu, Urfan Abbasov, Vüqar Bəybalayev, Kamal Qurbanov, Turan Manafov, Şəhriyar Rəhimov, Elvin Yunuszadə və Eriko Da Silva adları siyahıya daxil edilib. Yarımmüdafiəçilərdən Mirsahib Abbasov, Rahid Əmirquliyev, Yevgeni Koçuk, Diventru Dilan, Maykl Essyen (Essien), Elçin Rəhimli, Fəhmin Muradbəyli adlarının yer aldığı siyahıda hücumçu mövqeyində Ağabala Ramazanov, Mirabdulla Abbasov və Bilal Həmdi qeyd olunublar.

Xatırladaq ki, “Universitatya” ilə ilk oyun iyulun 11-də Bakıdakı “ASC Arena”da, cavab matçı isə bir həftə sonra “İon Oblemenko-Kraiova” stadionunda keçiriləcək. Bakıda keçiriləcək ilk görüş saat 20:00-da başlayacaq. Rumıniyada keçiriləcək cavab qarşılaşması isə saat 21:00 start götürəcək.

Xəbər 790 dəfə oxundu.