Veloturda İspaniya idmançı qalib oldu
Umummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən beynəlxalq veloturun 2-ci mərhələsində qalib adını ispaniyalı Rubio Hernandes qazandı. İdman.com.az saytının məlumatına görə, Bakı – İsmayıllı marşrutu üzrə yola çıxan velosipedçilər 175 km yürüş etdilər. 1-ci yerin sahibi bu məsafəni 4 saat, 41 dəqiqə və 39 saniyəyə sürdü. 2 mərhələnin lideri əlcəzairli Yusif Regigi oldu. O, pireneyli həmkarından 12 saniyə geri qaldı. Azərbaycan komandasından ən yaxşı nəticəni Qurban Tağıyev göstərdi. O, finişə qalibdən 18 dəqiqə gec çatdı.

Xəbər 2182 dəfə oxundu.