XXX Ümumdünya Yay Universiadasında Azərbaycanı beş taekvondoçu təmsil edəcək | |
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında iştirak edəcək taekvondoçularımız iyulun 5-də bu ölkəyə yola düşüblər. Azərbaycan millisinin heyətində beş taekvondoçumuz yer alıb. İyulun 7-də start götürəcək taekvondo yarışlarında Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar. İyulun 13-də yekun vurulacaq turnirdə komandamızın üzvləri baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə qüvvələrini sınayacaqlar. Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı. |
|
Xəbər 1160 dəfə oxundu. |
|
|