Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan güləşçilərimiz təlim-məşq toplanışına başlayıblar
İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan gənclərimiz Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar.

Böyük məşqçi Taleh İsrafilovun, məşqçilər Nazim Əhmədovun və Rasim Ağayevin rəhbərliyi ilə keçirilən toplanışa 22 güləşçi qatılıb.

Sərbəst güləş üzrə yığma komandamızın Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı iyulun 4-də başlayıb. Yeniyetmə qızlarımız festivala hazırlığı paytaxtda davam etdirirlər. Yunan-Roma güləşçilərimiz isə iyunun 26-dan Göygöldə hazırlıq keçirlər.

Xatırladaq ki, yeniyetmələrdən ibarət yığma komandalarımız ötən ay İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatından dərhal sonra Avropa Gənclər Olimpiya Festivalı üçün son təlim-məşq toplanışına başlayıblar.

Xəbər 637 dəfə oxundu.