Ağır atletika üzrə respublika yarışlarının üçüncü seçmə mərhələsinə yekun vurulub
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının üçüncü seçmə mərhələsinə yekun vurulub.

İldə dörd dəfə keçirilən yarışın bu mərhələsində 491 atlet gücünü sınayıb.

Xırdalan, Samux, Lənkəran, Cəlilabad, Neftçala, Lerik, Astara, Goranboy, Gəncə, Qazax, Yevlax, Şəki və Qaxda keçirilən yarışlar şəxsi xarakter daşıyıb. Bu mərhələdə texniki cəhətdən hazırlıqlı olan 12 yaşdan yuxarı atletlər iştirak ediblər. Mərhələ yarışlarında 2001-2007-ci il təvəllüdlü və daha yuxarı yaşlı kişi və qadın atletlər müvafiq yaş qruplarında mübarizə aparıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Turnirin məqsədi regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın kütləviliyinin artırılması, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin təkmilləşdirilməsidir.

Xəbər 1072 dəfə oxundu.