“Araz” komandasının futzal üzrə UEFA Çempionlar Liqası turnirindəki rəqibləri müəyyənləşib
İyulun 4-də İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları ilə ikinci qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.

Affa.az

Xəbər 830 dəfə oxundu.