Ülvi Bacarani “Bakı yayı” beynəlxalq şahmat festivalında blits turnirinin qalibi olub
Respublika Şahmat Mərkəzində ənənəvi “Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir.

Festival çərçivəsində keçirilən blits turnirinin qalib və mükafatçıları müəyyənləşib. Yarışın favoriti Ülvi Bacarani (Bakı) 9 xalla turnirin qalibi olub. Murad İbrahimli (Sumqayıt) 7 xalla ikinci, Şəhriyar İsgəndərov (Quba) 6,5 xalla üçüncü yeri tutublar.

Əlli bir şahmatçının qatıldığı festivalda zəka ustaları A (master), B (açıq), C (uşaq turniri U-12), D (rapid) turnirlərində mübarizə aparırlar. Festivala iyulun 10-da yekun vurulacaq.

Xəbər 733 dəfə oxundu.