Rauf Cabbarov UEFA Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanlı referi Rauf Cabbarov UEFA Avropa Liqasının oyununa təyinat alıb.

O, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Yaşar Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Affa.az

Xəbər 840 dəfə oxundu.