Bakıda dünya kubokunun təsnifat yarışları keçirilir

Bakıdakı Binə Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSİ- 3* kateqoriyalı beynəlxalq turnir davam edir.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsi yarışlarının mükafat fondu 156 min ABŞ dollarıdır.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Finlandiya və Belçika çaparları da iştirak edirlər.

Turnirin ikinci günündə gürcüstanlı Şalva Qaçeçiladze “Saturn” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillənin sahibi isə “Bahar MNM” ləqəbli atla belçikalı idmançı Jodi Bostils olmuşdur. Azərbaycan idmançısı Patrik Makenti isə “Zidane” ləqəbli atla üçüncü nəticə göstərib.

Yarışa mayın 10-da yekun vurulacaq.

Xəbər 1265 dəfə oxundu.