Azərbaycan şahmatçıları Almaniya komandası ilə növbəti matçda qalib gəliblər
Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandası Almaniyanın Apolda şəhərində keçirilən yoldaşlıq görüşündə bu ölkə millisinə qalib gəlib.

Komandamızın qarşıdakı yarışlara hazırlığı çərçivəsində keçirilən görüşdə ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacıları, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova təmsil edirlər. Almaniya komandasının heyətində isə Sarah Hoolt, Annmarie Muets, Filiz Osmanodca, Fiona Sieber mübarizə aparırlar.

Komandamız yoldaşlıq matçı çərçivəsində iki görüş keçirib. İlk turda şahmatçılarımız heç-heçə etsələr də, ikinci turda qalib gəlməyi bacarıblar (3,5:1,5).

Qeyd edək ki, yoldaşlıq görüşü beş turdan ibarətdir.

Analoji qarşılaşma 2017-ci ilin avqustunda Bakıda keçirilib. Həmin görüş yığmamızın 15,5-9,5 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər 705 dəfə oxundu.