“Növbəti görüşdə daha yaxşı oynamağa çalışacağıq”
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt bu gün Lənkəranda Latviya millisi ilə keçirilən oyunla bağlı fikirlərini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis millimizin qazandığı 4:0 hesablı qələbəyə belə şərh verib:

“Bu gün komandamızın ifasında gözəl kombinasiyaların şahidi olduq. Sonuncu ötürmələrin keyfiyyətinin yüksəldilməsi üzərində çalışmalıyıq. Bu rəqiblə keçirəcəyimiz növbəti görüşdə daha yaxşı oynamağa çalışacağıq. Latviya yığması üzərində qazandığımız qələbəni azarkeşlərimizə, bu gün bizi stadionda dəstəkləyən tamaşaçılara həsr edirik”.

Xəbər 878 dəfə oxundu.