Stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi keçiriləcək
İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi keçiriləcək.

Yarışlar 2006-cı il təvəllüdlü və daha azyaşlılar arasında təşkil ediləcək.

Liqa çempionatı üç divizionda keçirilir. Çempionatda Azərbaycanın şəhər və rayonlarından federasiyada qeydiyyatdan keçən komandalar mübarizə aparırlar.

Xəbər 1080 dəfə oxundu.