Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb
İyulun 3-dən 8-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, heyətdə Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev və Ruslan Poladov yer alıblar.

Millimiz iyulun 5-də, 6-da və 7-də müvafiq olaraq Rusiya, İspaniya və Türkiyə yığma komandaları ilə qarşılaşacaq.

Xəbər 787 dəfə oxundu.