Bakı kəndlər kuboku turniri başlayıb
İyunun 29-da Binə qəsəbəsindəki stadionda AFFA-nın rəhbərliyi və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə Bakı kəndlər kuboku turniri başlayıb.

Yarış 10 komandanın iştirakı ilə A,B qruplarında keçirilir. A qrupunda İ.Cavadov (Biləcəri) BFA, Xəzri (Buzovna), Borusiya Dotmunt (Bülbülə), Sabunçu (Sabunçu), Müşviq (Müşviqabad), B qrupunda Neftçi İKİB, PFA (Binəqədi), Karvan (Ramana), Balaxanılı (Balaxanı), Stern (Binə) komandaları iştirak edirlər.

Qrup oyunları iyulun 14-də başa çatacaq. Əsasnaməyə əsasən qruplarda I, II, III yerləri tutan komandalar müvafiq olaraq yarımfinal və final oyunlarına vəsiqə qazanacaqlar. İyulun 17-də yarımfinal, 20-də final oyunu baş tutacaq.

Qalib komandalar medal, diplom və kubokla, ən məhsuldar hakim və oyunçu AFFA tərəfindən mükafatlandırılacaq.

Xəbər 839 dəfə oxundu.