Qılıncoynatma üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın sonuncu günündə kişi və qadın sablyaçılar arasında qaliblər müəyyənləşib. Yarışda sablya üzrə kişilər arasında Cavanşir Ağakişiyev, qadınların yarışında isə Aysel Əhədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 800 dəfə oxundu.