Rafael Ağayev Avropa Oyunlarının yarımfinalına adlayıb
Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.

Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.

Qeyd edək ki, karate yığmamızın bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kiloqram) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kiloqram) və Rafiz Həsənov (67 kiloqram) mübarizəni dayandırıb.

Xəbər 1125 dəfə oxundu.