“Minsk 2019”: Azərbaycan karateçisi Asiman Qurbanlı ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb
Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci görüşdə almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən A.Qurbanlı sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. O, yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.


Xəbər 1217 dəfə oxundu.