İkinci Avropa Oyunlarının kata yarışlarında çıxış edən Roman Heydərov bürünc medal qazanıb
İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu, karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

Kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksəlib. Bu mərhələdə də 25,40 xal toplayan karateçimiz bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Üçüncü yer uğrunda mübarizənin birinci mərhələsində almaniyalı İlya Smorquner ilə görüşəcək karateçimiz qələbə qazanacağı təqdirdə Enzo Montarello (Fransa) – Mattia Busato (İtaliya) qarşılaşmasının qalibi ilə görüşəcək. İdmançımız bu qarşılaşmada da qalib gələrsə, ikinci Avropa Oyunlarının bürünc medalına sahib olacaq.

***

Roman Heydərov bürünc medal uğrunda mübarizədə rəqibi almanıyalı İlya Smorquneri məğlub edərək, ikinci Avropa oyunlarının bürünc medalını qazanıb.



Xəbər 1133 dəfə oxundu.