Qadın güləşçimiz Alyona Kolesnik II Avropa Oyunlarının bürünc mükafatçısı olub | |
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik “Minsk 2019” II Avropa Oyunlarında medal qazanıb. 57 kiloqram çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik bürünc medala sahib olub. Bundan əvvəl güləşçimiz Mariya Stadnik (50 kq) qızıl medal əldə edib. |
|
Xəbər 1194 dəfə oxundu. |
|
|