Mariya Stadnik: “Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi“
“Yaşım böyük olduğundan təcrübəm də çoxdur. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi”. Bu sözləri İkinci Avropa Oyunlarının qalibi, qadın güləşçimiz Mariya Stadnik deyib.

“Ən çətin görüşüm final oldu. Rəqibimlə bir-birimizi yaxından tanıyırıq. Hər gün bir yerdə məşq edirik. Psixoloji nöqtədən çox çətin oldu. Yaşım böyük olduğundan təcrübəm də çoxdur. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi.

İkinci Avropa Oyunlarında təşkilatçılıq yüksək dərəcədədir. Bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Çünki idmançılara hər cəhətdən çox yaxşı şərait yaradılıb.

Özümü yaxşı hiss edirəm. Mənə dəstək olan, mənim yanımda olan insanlara öz təşəkkürümü bildirirəm. Həmişə insanlardan özümə dəstək, sevgi görürəm. Bu da məni çox sevindirir.




Xəbər 1214 dəfə oxundu.