Nazir Azad Rəhimov Yunanıstana rəsmi səfər edəcək
Mayın 10-da Yunanıstanda olimpiya məşəlinin yandırılması keçiriləcək. İdman.com.az saytının məlumatına görə, mərasimdə iştirak etmək üçün gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə yollanacaq.
Rəsmi səfər çərçivəsində Azad Rəhimovun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqq, Yunanıstanın Olimpiya Komitəsinin prezidenti Spiros Kaprolos, London Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Lord Sebastyan Coe və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Xəbər 1127 dəfə oxundu.