Futbol üzrə paytaxt çempionatına yekun vurulub
Paytaxtın stadionlarında keçirilən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub.

Yarışda 14 komanda iştirak edib. Final oyununda “Turan Bakı-2” komandasını 1:0 hesabı ilə məğlub edən “Xəzri” çempionatın qalibi adını qazanıb. Üçüncü yer uğrunda görüşdə isə “Zenit” komandası “İnam-2”yə qalib gəlib.

Qalib komandaların üzvləri Baş İdarə tərəfindən kubok, xatirə hədiyyələri və diplomlarla təltif edilib.

Xəbər 793 dəfə oxundu.