Bloxin Avro-2012-də həmvətənimizə şans verdi
Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxin Avro-2012-nin final mərhələsində yığmaya namizədlərin siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Polşa iləı birlikdıə yarışa ev sahibliyi edəcək ukraynalılar ilkin heyətə 34 futbolçunun adını daxil ediblər.

Əsas heyətə 26 namizədlə yanaşı 8 ehtiyat oyunçu da Avro-2012-ytə hazırlıqlara başlayacaq. 26 oyunçu arasında Azərbaycan köklərinə malik Aleksandr Əliyev də var. Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi qitə çempionatının yeganə azərbaycanlısı olmağa namizəddir.

Xəbər 1056 dəfə oxundu.